
Venesuelanın Araqua ştatının sahillərində 4.9 bal gücündə zəlzələ baş verib.
GunAz.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.
Zəlzələnin episentri üç milyondan çox insanın yaşadığı Karakasdan 80 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki məlumat daxil olmayıb.































