SON DƏQİQƏ

Qızıl alverçisi edama məhkum edildi

Tarix:

22-10-2018, 15:48

/ 10 301 dəfə oxundu.
Qızıl alverçisi edama məhkum edildi

İran Ali Məhkəməsi iki ton qızıl sikkə toplayaraq maliyyə fırıldaqlarında istifadə etmiş Vahid Məzlumin adlı qızıl alverçisini edama məhkum edib.

GunAz.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin nümayəndəsi Qulamhüseyn Muhsin Ejei bildirib.

O, iyulun 4-də Tehranda saxlanılan 58 yaşlı "sikkə sultanı" ləqəbli Məzluminin ölkənin iqtisadi sistemini pozan cinayətkar şəbəkə yaratmaq və idarə etməklə dələduzluqda ittiham edərək edam cəzasına məhkum olunduğunu deyib.

Q.M.Ejei söyləyib ki, qızıl alverçisinin apellyasiya şikayətinə baxan Ali Məhkəmə edam hökmünü qüvvədə saxlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ