SON DƏQİQƏ

Şimali Koreya səfirliyi mühasirəyə alındı

Tarix:

6-03-2017, 16:39

/ 3 078 dəfə oxundu.
Şimali Koreya səfirliyi mühasirəyə alındı

Malayziya paytaxtında silahlı polislər Şimali Koreya səfirliyini mühasirəyə alıblar. Belə ki, bu gün Malayziya hökumətinin Şimali Koreya səfirinin ölkəni tərk etməsi üçün verdiyi müddət başa çatır. 
Gunaz.az xəbər verir ki, oxu.az bu barədə "France-Press" agentliyinə istinadən xəbər verir. 
Şənbə günü Malayziya hakimiyyəti Şimali Koreyanın Kuala-Lumpurdakı səfiri Kan Çxolu "persona non qrata" elan edib, o, ölkəni 48 saat ərzində tərk etməlidir.
"Star" qəzetinin məlumatına görə, Şimali Koreya səfiri Malayziya Xarici İşlər Nazirliyinə çağırılıb, amma Kan Çxol nazirliyə gəlməyib. Bundan sonra Malayziya XİN-i səfirliyə qəbul edilən qərara dair xəbərdarlıq üçün diplomatik nota göndərib.  
Agentliyin məlumatına görə, Malayziya hakimiyyəti səfir ölkəni tərk edərsə, hansı tədbirin görüləcəyinə dair izahat verməyib. 
Malayziya hakimiyyəti daha öncə Pxenyandan Şimali Koreya vətəndaşının Malayziyada ölümü ilə əlaqədar ölkə səfirinin ittihamına görə yazılı üzr istəməsini tələb edib. "Associated Press" agentliyi qəbul edilən qərar Şimali Koreya liderinin qardaşı Kim Çen Namın ölümü ilə əlaqədar olduğunu bildirib. 
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ