SON DƏQİQƏ
» » Nikola sarsıdıcı zərbə: daha 3 “eks” azad edilir

Nikola sarsıdıcı zərbə: daha 3 “eks” azad edilir

Tarix:

21-05-2019, 12:20

/ 162 dəfə oxundu.
Nikola sarsıdıcı zərbə: daha 3 “eks” azad edilir

Ermənistanın eks-prezidenti Robert Köçəryanla yanaşı daha 3 vəzifəli şəxsin cinayət işinin icraatı dayandırılıb.

GunAz.az xəbər verir ki, bu barədə ermənişünas alim İsmayıl Tanrıverdi məlumat paylaşıb. O, keçmiş baş nazirin müavini Armen Gevorqyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov haqqında cinayət işinin icraatının məhkəmənin qərarı ilə dayandırıldığını və Respublika Konstitusiya Məhkəməsinə göndərildiyini bildirib.

İ.Tanrıverdi qeyd edib ki, Konstitusiya Məhkəməsinə R.Köçəryan və 3 keçmiş rəsmi barəsində Konstitusiya qaydası üzrə cinayət işlərinin dəqiqləşdirilməsi təklif edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ