
Ermənistanda birinci instansiya məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryana qarşı cinayət işini dayandırıb və onu Konstitusiya Məhkəməsinə göndərib.
GunAz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Koçaryanın vəkillər komandasının mətbuat katibi Elen Arakelyan bildirib.
“Məhkəmə Koçaryan və qalan fiqurantlarin cinayət işini dayandırıb və işi Konstitusiya Məhkəməsinə göndərib”, - Arakelyan deyib.
Onun sözlərinə görə, qərarın hansı əsaslarla qəbul edildiyi hələlik məlum deyil.
Qeyd edək ki, Koçaryan 2008-ci ildə dövlət çevrilişi cəhdilə bağlı ittiham olunur.