SON DƏQİQƏ

Serj Sarkisyan istintaqa çağırılacaq

Tarix:

2-08-2018, 17:21

/ 10 372 dəfə oxundu.
Serj Sarkisyan istintaqa çağırılacaq

Ermənistanın istintaq idarəsindən bildirilib ki, konstitusiya rejimini devirmək işi ilə bağlı sabiq prezident Serj Sarkisyan və keçmiş baş nazir Ovik Abramyan dindirilməyə çağırılacaq.

GunAz.az xəbər verir ki, cinayət işi ilə bağlı 1 mart 2008-ci il mitinqlərini dağıtmaqda ittiham edilən eks-prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Mikael Artyunyan və KTMT-nin baş katibi Yuriy Xaçaturov barədə cinayət işi qaldırılıb. Hazırda Xaçaturov girobla azadlığa çıxıb.
İstintaq idarəsindən məsələ ilə bağlı deyilib:

“Dindirilməyə kimin çağırılacağına müstəntiq qərar verir. Əgər hansısa vəzifəli şəxs lazımi məlumat verə bilərsə, dindiriləcək”.
2008-ci ildə erməni müxalifəti Levon Ter-Petrosyanın prezident seçkilərində məğlub olmasından sonra mitinqə başlamışdılar. Nəticədə 1-2 mart tarixlərində kütləvi iğtişaşlar törədilmişdi. 10 nəfər ölmüş, 200 nəfər xəsarət almışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ