SON DƏQİQƏ

Poroşenko istintaqa çağırıldı

Tarix:

6-05-2019, 16:51

/ 192 dəfə oxundu.
Poroşenko istintaqa çağırıldı

Ukraynanın fəaliyyətdə olan prezidenti Petro Poroşenko istintaqa çağırılıb.

Report xəbər verir ki, bunu ölkə Baş Prokurorluğunun xüsusi istintaq idarəsinin rəisi Sergey Qorbatyuk bildirib.

Müstəntiqlər P.Poroşenkonu Avromeydançılara qarşı törədilən zorakılıqla bağlı cinayət işi üzrə mayın 7-də ifadə verməyə dəvət ediblər.

Qeyd edək ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov bi müddət əvvəl bildirmişdi ki, əgər P.Poroşenko prezident seçkisində məğlub olarsa, o zaman korrupsiya işi üzrə istintaqa çağırılacaq.

Aprelin 21-də ölkədə keçirilən prezident seçkisinin ikinici turunda P.Poroşenko məğlub olub. Onun rəqibi Vladimir Zelinski 73,22 faiz, P.Poroşenko isə 24,45 faiz səs toplayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ