SON DƏQİQƏ
» » Ukraynadakı seçkilərin ilkin nəticələri - Poroşenko KVN-çiyə uduzur

Ukraynadakı seçkilərin ilkin nəticələri - Poroşenko KVN-çiyə uduzur

Tarix:

1-04-2019, 09:12

/ 10 220 dəfə oxundu.
Ukraynadakı seçkilərin ilkin nəticələri - Poroşenko KVN-çiyə uduzur

Ukraynanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində toplanan səslərin 40,09 faizini hesablayıb. Səslərin hesablanmasının canlı yayımı “112 Ukrayna” “YouTube” kanalında aparılır.

Bakı vaxtı ilə 07.40-a olan məlumata görə,  şoumen və keçmiş KVN-çi Vladimir Zelenski 30 faiz səslə liderlik edir. İkinci yerdə hazırkı prezident Pyotr Poroşenko gəlir. Hesablanmış büllitenlərin 16,8 faizində seçicilər onun adının qarşısına işarə qoyub.

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko səslərin 13,3 faizini  toplayıb, “Həyat uğrunda – müxalifət platforması”nın namizədi Yuriy Boyko isə 11,3 faiz nəticə göstərib. Yerdə qalan namizədlərə seçicilərin 10 faizindən azı səs verib.

Seçkilərin birinci mərhələsində namizədin qalib gəlməsi üçün səslərin azı 50 faizini toplaması tələb olunur. Bu nəticə əldə olunmasa, ikinci mərhələ aprelin 21-də keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ