SON DƏQİQƏ

Ukraynada seçkilərdə Zelenski...

Tarix:

1-04-2019, 08:11

/ 10 229 dəfə oxundu.
Ukraynada seçkilərdə Zelenski...

Şoumen Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində liderlik edir.

GunAz.az bildirir ki, protokolların 10,27 faizinin hesablanmasından sonra Zelenski seçicilərin 29,66% səsini toplayıb.

Onun izləyicisi hazırki prezident Petro Poroşenko 16,83 faiz səs toplayıb. "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko isə 13,75% səslə üçüncüdür.

Ölkə prezidenti postuna 39 namizəd iddia edir.

Qeyd edək ki, Ukrayna prezidentinin səlahiyyət müddəti beş ildir. MSK aprelin 10-a qədər seçkilərin nəticələrini açıqlamalıdır. Namizədlərdən hər hansı biri birinci turda səslərin yarısından çoxunu yığa bilməsə, aprelin 21-i ikinci tur keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ