
Qəzzadakı münaqişə səbəbindən köçkün düşmüş insanların məskunlaşdığı düşərgələrdə suçiçəyi sürətlə yayılır.
GunAz.az "Euronews"a istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) bunu yoluxma hallarının artması, məcburi köçkünlərin məskunlaşdığı ərazilərdəki sıxlıq, yay istilərinin təsiri və təmiz suya çıxış imkanlarının getdikcə çətinləşməsi ilə əlaqələndirir.
GunAz.az "Euronews"a istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) bunu yoluxma hallarının artması, məcburi köçkünlərin məskunlaşdığı ərazilərdəki sıxlıq, yay istilərinin təsiri və təmiz suya çıxış imkanlarının getdikcə çətinləşməsi ilə əlaqələndirir.
Suçiçəyi varisella-zoster (VZV) virusunun səbəb olduğu və tənəffüs damcıları, yoluxmuş suluqlarla birbaşa təmas və ya çirklənmiş səthlər vasitəsilə yayılan yüksək yoluxucu xəstəlikdir. Bu yoluxma yolları, insanların sıx məskunlaşdığı məcburi köçkün düşərgələrində xəstəliyə nəzarət etməyi demək olar ki, qeyri-mümkün edir.
Səhiyyə rəsmilərinin verdiyi məlumata görə, son iki həftə ərzində 130-dan çox tibb müəssisəsində təxminən 9300 yoluxma halı qeydə alınıb, lakin faktiki yoluxma sayı bundan qat-qat çox ola bilər.
Xəstəliyin daha çox aşkar edildiyi Xan Yunis və Qəzza zonalarında 18 mindən çox yeni yoluxucu dəri xəstəliyi halı – o cümlədən qotur, baş biti və impetiqo da aşkar edilib.
BMT-nin məlumatına görə, Qəzza zolağında təxminən 1,7 milyon insan içməli suya, gigiyena vasitələrinə və sanitariya xidmətlərinə çıxışın son dərəcə məhdud olduğu 1600-dən çox müvəqqəti sığınacaqda sağ qalmağa çalışır.
Hazırkı müalicə əsasən qaşınmanı aradan qaldırmağa və ikincili bakterial infeksiya riskini azaltmağa yönəlmiş dəstəkləyici tədbirlərlə məhdudlaşır. Lakin məlumatlara görə, hətta bu qulluq üçün zəruri olan əsas tibbi ləvazimatlar da tükənməkdədir.
İsrailin Ərazilərdə Hökumət Fəaliyyətləri üzrə Koordinatoru (COGAT) ötən il oktyabrın 10-da İslami Müqavimət Hərəkatı (HƏMAS) və İsrail arasında münaqişə başlayandan bəri Qəzza zolağına 18 min ton dərman və tibbi ləvazimat daxil olduğunu açıqlayıb.































