SON DƏQİQƏ

Günəşdə güclü partlayış baş verdi

Tarix:

Bu gün, 12:55

/ 2 345 dəfə oxundu.
Günəşdə güclü partlayış baş verdi

İyulun 27-də Günəşdə "M" sinfindən olan güclü alışma qeydə alınıb.
Bu barədə Rusiyanın Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
"İyulun 27-də saat 05:43-də (Bakı vaxtı ilə 06:43) 4494 ləkələr qrupunun rentgen diapazonunda 16 dəqiqə davamlılıqda M1.0 alışması qeydə alınıb", -deyə məlumatda bildirilib.
Qeyd edək ki, Günəş alışmaları(partlayışları) rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.
скачать dle 12.1

Şərhlər