SON DƏQİQƏ

Sabiq prokuror qəfil vəfat etdi

Tarix:

Bu gün, 14:45

/ 2 392 dəfə oxundu.
Sabiq prokuror qəfil vəfat etdi

Azərbaycan Respublikasının Baş Prokurorluğunun veteranı, ədliyyə müşaviri Füzuli Musayev vəfat edib.
GunAz.az Shimal.News-a istinadla xəbər verir ki, uzun illər prokurorluq orqanlarında çalışmış məmur yaşadığı evdə ürəktutması nəticəsində dünyasını dəyişib.
1992-ci ildə prokurorluq orqanlarında qulluğa başlayan Füzuli Musayev əmək fəaliyyəti dövründə Daşkəsən, Samux və Tovuz rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, Zaqatala Rayon Prokurorluğunda isə prokuror müavini vəzifəsində çalışıb.
O, sonrakı illərdə Sabirabad və Şamaxı rayonlarının prokuroru, həmçinin prokurorluq orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət göstərib.
скачать dle 12.1

Şərhlər