
Ötən gün Gürcüstanda güllələnmə hadisəsi baş verib.
GunAz.az Gürcüstan KİV-ə istinadla xəbər verir ki, hadisə saat 22:30 radələrində Marneuli bələdiyyəsinin Candar kəndində baş verib.
GunAz.az Gürcüstan KİV-ə istinadla xəbər verir ki, hadisə saat 22:30 radələrində Marneuli bələdiyyəsinin Candar kəndində baş verib.
Məlumata görə, Azərbaycan əsilli olduğu bildirilən 31 yaşlı Rahib Abdullayev gecə saatlarında yaşadıqları məhəllədə əvvəllər də aralarında münaqişə olmuş şəxs tərəfindən güllələnib.
Hadisəni törədən şəxs onun ağız nahiyəsindən pnevmatik silahla atəş açıb və daha sonra ərazidən uzaqlaşıb.
Hadisə nəticəsində ağız və baş nahiyəsindən xəsarət alan Rahib Abdullayev dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti həkimlər tərəfindən orta-ağır qiymətləndirilir.
Fakt üzrə Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi üzrə istintaq başlanılıb.































