SON DƏQİQƏ

Günəşdə güclü partlayış qeydə alındı

Tarix:

13-02-2025, 19:23

/ 3 433 dəfə oxundu.
Günəşdə güclü partlayış qeydə alındı

Fevralın 13-də Günəşdə M sinfinə aid partlayış qeydə alınıb.
GunAz.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
“Fevralın 13-də saat 14:09-da (Bakı vaxtı ilə 15:09 – red.) rentgen diapazonunda 3987 (S06W21) Günəş ləkəsi qrupunda 8 dəqiqə davam edən M1.0 partlayışı qeydə alınıb”, – deyə institutdan bildirilib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.//Oxu.Az
скачать dle 12.1

Şərhlər