
Ötən gündən davam edən küləkli hava səbəbindən Bakı şəhərində yeddi ağac aşıb, 22 budaq sınıb.
Bu məlumat GunAz.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilib.
Qeyd olunub ki, birliyin əməkdaşları operativ şəkildə sınan ağacların kəsilməsi və sınan budaqların budanması işini icra edirlər.































