
"Qiyamət günü" qovşağı kimi tanınan "UVB-76" radiostansiyası iyulun 16-da iki mesaj yayımlayıb.
GunAz.az-ın xəbərinə görə, bu barədə onun fəaliyyətini izləyən "UVB-76 loqs" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, ilk dəfə italyan dilində "fiatoplot" sözü ilə efirə çıxıb, lakin bu sözün hansı məna daşıdığı məlum deyil.
Həmçinin Bakı vaxtı ilə saat 15:17-də ikinci dəfə "suxodeliye" sözünü yayımlayıb.
"NJTİ 06637 SUXODELİYE 8423 6010", - deyə efirdə söz səslənib.
Lakin bu sözün də mənası aydın deyil.































