SON DƏQİQƏ
» » “Zirə” darmadağınla ikinci təsnifata çıxdı - YENİLƏNDİ

“Zirə” darmadağınla ikinci təsnifata çıxdı - YENİLƏNDİ

Tarix:

Dünən, 22:50

/ 2 357 dəfə oxundu.
“Zirə” darmadağınla ikinci təsnifata çıxdı - YENİLƏNDİ

"Zirə" UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.
GunAz.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın "Torpedo" komandasının qonağı olub.
Kutaisidəki "Şengeliya Arena"da keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.
25 və 70-ci dəqiqələrdə Eren Aydın, 39-cu dəqiqədə Amin Seydiyev fərqlənib.
Sumqayıtdakı ilk matçda rəqibini üç cavabsız qolla üstələyən "Zirə" II təsnifat mərhələsinə vəsiqə qazanıb. "Qartallar" bu raundda Estoniyanın "Payde" klubu ilə üz-üzə gələcək. II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.
скачать dle 12.1

Şərhlər