
ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının Argentina və İspaniya yığmaları arasında keçiriləcək final oyununu stadiondan izləyəcək.
GunAz.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Bildirilib ki, Tramp iyulun 19-da keçiriləcək final qarşılaşmasından sonra qalib komandaya kuboku Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino ilə birlikdə təqdim edəcək.
Final oyunu Moskva vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, Argentina hazırkı dünya çempionudur. Komanda 2022-ci ildə keçirilən mundialın finalında Fransa yığmasını məğlub edərək çempion tituluna yiyələnmişdi.
Xatırladaq ki, Rusiya klubları və milli komandaları 2022-ci ilin fevralından etibarən FİFA və UEFA-nın himayəsi altında keçirilən bütün turnirlərdən kənarlaşdırılıb. Bununla bağlı qadağanın ləğvi məsələsi vaxtaşırı gündəmə gəlsə də, FİFA hələlik bu istiqamətdə qərar qəbul etməyib.































