SON DƏQİQƏ
» » Türkiyədə oteldə kütləvi zəhərlənmə - Araşdırmalara başladı

Türkiyədə oteldə kütləvi zəhərlənmə - Araşdırmalara başladı

Tarix:

Dünən, 20:06

/ 2 362 dəfə oxundu.
Türkiyədə oteldə kütləvi zəhərlənmə - Araşdırmalara başladı

Türkiyənin Bodrum şəhərindəki oteldə qida qəbulundan sonra 25 turist xəstəxanaya yerləşdirilib.
GunAz.az xəbər verir ki, bu barədə "Kent TV" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hadisə Ortakent rayonundakı otellərdən birində baş verib. Turistlər ürəkbulanma, qusma və mədə ağrısı kimi qida zəhərlənməsi simptomları ilə xəstəxanaya çatdırılıblar. Zərərçəkənlərin bir hissəsi tibb müəssisəsinə özləri gedə bilib, qalanlarını isə otel rəhbərliyi müşayiət edib.
Pasiyentləri müayinə etdikdən sonra həkimlər onların həyatı üçün təhlükə olmadığını bildiriblər. Hazırda istirahət edənlər müalicə olunurlar.
İlkin məlumata görə, turistlər otelin restoranında yedikləri toyuq ətindən zəhərlənmiş ola bilərlər. Polis baş verənlərlə bağlı araşdırmalara başlayıb.
скачать dle 12.1

Şərhlər