SON DƏQİQƏ
» » Tramp öldürülərsə, İran məhv ediləcək - Göstəriş verdi

Tramp öldürülərsə, İran məhv ediləcək - Göstəriş verdi

Tarix:

Bu gün, 08:31

/ 3 249 dəfə oxundu.
Tramp öldürülərsə, İran məhv ediləcək - Göstəriş verdi

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran tərəfindən sui-qəsdə uğrayacağı təqdirdə İslam Respublikasına qarşı hərbi zərbələrin endirilməsi ilə bağlı əvvəlcədən göstəriş verib.
GunAz.az xəbər verir ki, ABŞ lideri bu sözləri “New York Post”a müsahibəsində deyib.
“Əgər bunu etsələr, məhv olacaqlar. Artıq göstəriş vermişəm. Əgər bu baş versə, onlar misli görünməmiş formada bombalanacaqlar”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, göstərişlər əvvəlcədən hazırlanıb və mümkün sui-qəsd halında dərhal icra olunmalıdır.
Qeyd edək ki, daha əvvəl ABŞ və İsrail rəsmiləri İranın Trampa qarşı mümkün sui-qəsd planı hazırladığı barədə iddialar səsləndirmişdilər. İran isə bu ittihamları rədd edir.
скачать dle 12.1

Şərhlər