Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.
Söhbət zamanı Türkiyədə baş verən zəlzələlər, Rusiya-Ukrayna məsələsi müzakirə olunub.
Ərdoğan zəlzələ fəlakətindən dolayı göstərdiyi həmrəyliyə görə Putinə təşəkkürünü bildirib.