SON DƏQİQƏ
» » Putin və Ərdoğan arasında telefon danışığı olub

Putin və Ərdoğan arasında telefon danışığı olub

Tarix:

9-02-2017, 19:46

/ 4 086 dəfə oxundu.
Putin və Ərdoğan arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
"RİA Novosti" agentliyinin verdiyi xəbərə görə, tərəflər Suriya məsələsini müzakirə ediblər.
"Bu gün Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Söhbət zamanı Suriyada böhran vəziyyəti, beynəlxalq terrorizmlə birgə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb", - Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Söhbət zamanı V.Putin Əl-Bab yaxınlığında baş vermiş insident zamanı Türkiyənin bir neçə hərbçisinin həlak olması ilə bağlı başsağlığı verib.  
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ