SON DƏQİQƏ

Balaca evdə dünyaya göz açan böyük dahilər

Tarix:

23-06-2022, 18:27

/ 2 458 dəfə oxundu.
Balaca evdə dünyaya göz açan böyük dahilər

Ötən gün səfərimiz Bakının 110 kilometrliyində, əsrarəngiz dağlarıyla əhatələnmiş Xızı rayonuna oldu. Xızıya çata-çatda ilk ayaq saxlayıb, ziyarət etdiyimiz yer Azərbaycan poeziyasının ilk "Şəhid" şairi, müşfiqsevərlərin axın-axın ruhunu yad etdikləri "Müşfiq Ocağı" oldu.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının, Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin və Xızı rayon Mikayıl Müşfin muzeyinin birgə təşkilatçılığı ilə Xızıda M.Müşfiq muzeyində "Xızı dağlarının Müşfiq zirvəsi" adlı tədbir keçirildi.

Tədbirdə C.Cabbarlının Bakıdakı ev-muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Qəmər Seyfəddinqızı, Sumqayıt Regional Mədəniyyət  İdarəsinin Xızı rayon üzrə məsləhətçisi Möhsüm Bağırov, Müşfiq muzeyinin direktoru Orxan Əzimov və digər natiqlər ölməz şairimiz Mikayıl Müşfin yaradıcılığından ürəkdolusu çıxışlar etdilər. 

DİA Tələbə Gənclər Təşkilatının sədri Murad Həsənxanlı başda olmaqla,  parlaq gələcəyimiz olan təşkilatın bütün fəal gəncləri tarın həzin səsinin müşaiyəti ilə M.Müşfiq şeirlərini və şeirlərinə bəstələnmiş mahnılar məharətlə ifa etdilər.

XX əsr Azərbaycan Poeziyasının klassiki Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş "Xızı diyarının Müşfiq zirvəsi" adlı tədbirdə fəal iştirak edən gənclərə Təşəkkürnamələr təqdim olundu. Ölməz şairimiz Mikayıl Müşfiq irsinin təbliğində fədakarlıq göstərdiyinə görə Xızı rayon Müşfiq muzeyinin direktoru Orxan Əzimov Günaz.az saytının təsis etdiyi Fəxri Diploma layiq görüldü.

İki saatdan artıq keçən möhtəşəm tədbirdən birbaşa yol aldıq daha bir dahinin   ruhunu şad etməyə - böyük zəka sahibi Cəfər Cabbarlının anadan olduğu ev muzeyinə. İlk olaraq gülərüzlə bizi Xızı rayon C.Cabbarlı  muzeyinin direktoru Həcər Rəsulova qarşıladı.Təbiət qoynunda böyük dramaturqun  doğulduğu evin həyətində möhtəşəm tədbir keçirildi.

Tədbiri çıxış sözü ilə ədibin nəvəsi, C.Cabbarlının Bakıdakı ev-muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Qəmər Sefəddinqızı açmaqla baba yurduna təşrif buyuran qonaqlara xoş gəldin dedi. Qəmər xanım C.Cabbarlı yaradıcılığının görünən və görünməyən tərəflərindən bizə çox maraqlı faktlar açıqladı.

Təbiət qoynunda, yaşıl ağac kölgəsində hər bir  iştirakçının marağına səbəb olan tədbir Milli sərvətimiz tarın sədaları altında C.Cabbarlı şeiriyyətiyla davam edirdi. Gənclərin söylədiyi C.Cabbarlı, M.Müşfiq, Cabir Novruz və digər şairlərimizin şeirləri sevə-sevə söylənildi. Muzeyin direktoru Həcər xanımın səsləndirdiyi şeirlər gənclərin diqqətinə səbəb oldu. C.Cabbarlının sözlərinə yazılmış mahnıları təşkilatın fəal gəncləri peşəkarlıqla ifa etdilər.

Həcər xanım başda olmaqla muzeyin bütün işçiləri sözlü-söhbətli çay süfrəsində gələn qonaqların hər biri ilə ayrı-ayrılıqda maraqlanırdılar. Tədbirdə iştirak edən gənclərin hər birinin muzeyin rəhbərliyi tərəfindən Təşəkkürnamə ilə təltif edilməsi sevinclərinə hədsiz dərəcədə sevinc qatdı. Tədbirdə C.Cabbarlının Bakıdakı ev-muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Qəmər Sefəddinqızı və C.Cabbarlının Xızıdakı ev-muzeyinin direktoru Həcər Rəsulova Azərbaycan  dramaturgiyasının banisi, ədəbiyyatımızın parlaq siması, Cəfər Cabbarlı irsini layiqincə layiqincə təbliğ etdiyinə görə Gunaz.az saytının təsis etdiyi Fəxri Diplomla təltif edildilər.
Tədbirin sonuna yaxın C.Cabbarlının anadan olduğu evdə xatirə olaraq şəkil çəkildi.

Bütün iştirakçıların,ilk növbədəgənclərin böyük marağına səbəb olan tədbir  axşamın düşdüyünü,Bakıya geri qayıdacağımızı belə bizə unutdurmuşdu.Nəyayət ki,axşam düşər-düşməz sevinc və xoş xatirələrlə Bakıya yol aldıq.

Rəsmiyyə Heybətağaqızı
Balaca evdə dünyaya göz açan böyük dahilər
Balaca evdə dünyaya göz açan böyük dahilər
Balaca evdə dünyaya göz açan böyük dahilər
Balaca evdə dünyaya göz açan böyük dahilər
Balaca evdə dünyaya göz açan böyük dahilər
Balaca evdə dünyaya göz açan böyük dahilər
Balaca evdə dünyaya göz açan böyük dahilər
Balaca evdə dünyaya göz açan böyük dahilər
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ