SON DƏQİQƏ

Mikayıl Müşfiq adıyla tarix yaşandı

Tarix:

3-06-2022, 10:38

/ 2 604 dəfə oxundu.
Mikayıl Müşfiq adıyla tarix yaşandı

Vətənçin yaşayan,vətənçin ölən
Səmimi bir insan nə bəxtiyardır!  
             M.Müşfiq 
GunAz.az xəbər verir ki, ötən gün Siyəzən rayon İcra Hakimiyyəti və M.Müşfiq adına 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Mikayıl Müşfiqin anadan olmasının 114 illiyi ilə bağlı tədbir keçirildi. 

Tədbirdən öncə 44 günlük haqq savaşımızda qəhrəmancasına həlak olmuş şəhidlərimizi rayonun "Şəhidlər Xiyabanı"nda ziyarət etməklə bütün şəhidlərimizin müqəddəs ruhlarına dualar oxundu.Qızmar günəş altında "Şəhidlər bulağı"ndan su içərək sərinləndik.Birbaşa ordan Azərbaycan poeziyasının ilk şəhid şairi Mikayıl Müşfiqin abidəsi önünə toplaşmaqla şairin əziz xatirəsi hörmət və ehtiramla yad edildi və büstü önünə gül dəstələri düzüldü.

Tədbir M.Müşfiqin adını daşıyan 2 nömrəli tam orta məktəbin geniş akt zalında davam etdi.Tədbirdə Azərbaycanın sayılıb-seçilən ziyalılar - Siyəzən şəhər İcra Hakimiyyətinin başçısı Novruz Novruzov,Milli Məclisin deputatı Sadiq Qurbanov,həmin məktəbin direktoru Rəşad Rəhmanov, C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbin direktoru,"Tərəqqi" medallı,"Cabir Novruz" Mədəniyyət Fondunun vitse-prezidenti,şair Nəcməddin Mürvətov,Əməkdar İdman ustası,Xızı ağsaqqalı Adil Sadıxov,AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Məmməd Əliyev,Milli Konservatoriyanın professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə,Mədəniyyət Nazirliyinin məsul işçisi Sənan Talıbov,AMEA-nınəməkdaşı,filologiya elmləri namizədi Rasim Nəbioğlu,"Cabir Novruz" Mədəniyyət Fondunun əməkdaşı,Dilbər Axundzadə yadigarı Leyla Axundzadə,tanınmış rəssam Minayə Feyzullayeva və digər natiqlər qədirbilən Azərbaycan xalqının sevilən şairi Mikayıl Müşfiqin qısa ömrünün böyük yaradıcılığından daha geniş,məzmunlu çıxışlar etdilər. 

Məktəbin fəal şagirdləri şairin qısa,lakin şərəfli həyat və yaradıcılıq səhifəsini vərəqləməklə 25 min misradan ibarət olan, bitib-tükənməyən poeziya xəzinəsindən məharətlə şeirlər söyləyib,sözlərinə yazılmış mahnılarla tədbiri daha da rövnəqləndirdilər.

Həqiqətən də Siyəzən şəhərində həmin gün yaddaşlardan silinməyən Mikayıl Müşfiq adıyla tarix yaşandı.Ruhumuzu qidalandıran xoş təəssüratlı tədbirdən xatirə şəkil çəkildi və tədbirin sonunda qonaqlar üçün yemək ziyafəti verildi.

R.Heybətağaqızı
Mikayıl Müşfiq adıyla tarix yaşandı
Mikayıl Müşfiq adıyla tarix yaşandı
Mikayıl Müşfiq adıyla tarix yaşandı
Mikayıl Müşfiq adıyla tarix yaşandı
Mikayıl Müşfiq adıyla tarix yaşandı
Mikayıl Müşfiq adıyla tarix yaşandı

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ