UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Neftçi” Belarusun “Dinamo” (Minsk) komandasına məğlub olub.
GunAz.az xəbər verir ki, “Palms Sports Arena”da keçirilən görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
“Neftçi”nin qollarını Emin Mahmudov (2) və Aleksandr Selyava (8, avtoqol) vurublar.
“Dinamo”nun heyətində isə Karen Vardanyan (36, 57), Yevgeni Malaşeviç (47) və Guljigit Alıkulov (77) fərqləniblər.
Qeyd edək ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi III təsnifat mərhələsində “Jelezniçar” (Serbiya) - “Braqa” (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.