SON DƏQİQƏ
» » Çempionlar Liqası: "Neftçi" qələbə ilə başladı

Çempionlar Liqası: "Neftçi" qələbə ilə başladı

Tarix:

7-07-2021, 22:34

/ 1 490 dəfə oxundu.
Çempionlar Liqası: "Neftçi" qələbə ilə başladı

Bu gün Azərbaycan çempionu "Neftçi” UEFA Çempionlar Liqasının 2021/22 mövsümündə ilk oyununa çıxacaq.

GunAz.az xəbər verir ki, paytaxt klubu bu turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu "Dinamo” (Tiflis) ilə qarşılaşacaq.

Bu komandalar arasındakı ilk matç Tiflisdə baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

7 illik fasilədən sonra, tarixində 7-ci dəfə Çempionlar Liqasına qatılacaq "Neftçi” qayıdışını 7-ci ayın 7-ci günündə reallaşdıracaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək.

UEFA Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

7 iyul

20:00. Dinamo (Tiflis) – Neftçi

Baş hakim: David Fuksman (İsrail).

Tiflis. Boris Payçadze adına "Dinamo Arena”.

***

"Dinamo”: Kvasxvadze, Sporkslede, Xvadqiani, Papava (k), Qbenyon, Xarabadze, Radin, Kardava, Kutsiya, Marusiç, Qabedava Ehtiyat oyunçular: Miqineişvili, Kalandadze, Kobouri, Axvlediani, Osey, İaşvili, Morçiladze, Mekvabişvili, Kavtaradze

"Neftçi”: Aqil Məmmədov, Voislav Stankoviç, Mamadu Mbodj, Mert Çelik, Yusuf Laval, Sabir Buqrin, Mamadu Kane, Emin Mahmudov (k), Harramiz Suares, Namik Ələskərov, Sezar Meza Kolli

Ehtiyat oyunçular: Kamran İbrahimov, Əlirza Müştəbəzadə, Fəhmin Muradbəyli, İsmayıl Zülfüqarlı, Mirabdulla Abbasov, Ömər Buludov, Vüsal Əsgərov, Asim Əlizadə, Emin Zamanov, Xəyal Nəcəfov

***

Oyun başladı.

***

Neftçi hesabı açdı. Namiq Ələsgərov 23-cü dəqiqədə fərqlənərək hesabı açır.

***

"Dinamo” hesabı bərabərləşdirir. Zoran Maruşiç 36-cı dəqiqədə fərqlənir.

***

Matçda fasilə oldu.

***

İkinci hissə başladı.

***

Emin Mahmudov 57-ci dəqiqədə penaltidən fərqlənərək hesabı 2:1 edir.

***

Matç bitdi. "Neftçi” Çempionlar Liqasındakı ilk matçında qələbə qazanır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ