SON DƏQİQƏ

"Bahar oğlu"-Cəfər Cabbarlı-123-FOTO

Tarix:

21-03-2022, 10:32

/ 6 739 dəfə oxundu.
"Bahar oğlu"-Cəfər Cabbarlı-123-FOTO

Bu günlərdə Bakı şəhəri, Yasamal rayon Heydər Əliyev Mərkəzində XX əsrdə yazıb-yaratmış körkəmli Azərbaycan sənətkarı,dramaturq, şair və nasir,tərcüməçi,teatrşünas,kinossenarist,jurnalist,əməkdar incəsənət xadimi Cəfər Cabbarlının anadan olmasının 123-cü ildönümünə həsr olunmuş "Bahar oğlu" adlı tədbir keçirildi.
Mərkəzin direktor müavini Nigar Hüseynova tədbir iştirakçılarını salamlayaraq,qonaqları ölkəmizə qədəm basan Baharın gəlişi-Novruz bayramı münasibətilə təbrik etdi.44 günlük haqq savaşımızda torpaqlarımızın işğaldan azad olunması zamanı ölümün gözünə dik baxa-baxa Vətən torpaqlarını şirin canından üstün tutan Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
"Bahar oğlu" adlı tədbiri ilk olaraq Cəfər Cabbarlı ev-muzeyinin direktoru, əməkdar incəsənət işçisi Qəmər xanım Sefəddinqızı öz çıxışı ilə başladı.Cabbarlı yaradıcılığından geniş,məzmunlu çıxış edən Qəmər xanım ədibin həyat və yaradıcılığının görünən və görünməyən tərəflərindən çoxşaxəli,aydın şəkildə bizləri məlumatlandırdı.
Dramaturq haqqında növbəti çıxış edən Milli Konservatoriyanın dosenti,filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun maraqlı faktlara əsaslanan danışıqları iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Tədbir iştirakçılarından Maştağa qəsəbəsində yerləşən Aktual Tədris Mərkəzinin direktoru Ruqiyyə Quluyeva,Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin fəxri üzvü, "Tərəqqi" medallı Nəzakət Kərimova, 2 nömrəli  Bakı Baza Tibb Kolleci YAP-ın sədri Gülər Quluzadə,M.S.Ordubadi xatirə muzeyinin baş mühafizi Rasimə Əhmədova,bədii qiraətçi Səmray Əliyeva,Heydər Əliyev Mərkəzinin məsul işçiləri,C.Məmmədquluzadə xatirə muzeyinin əməkdaşları və digər natiqlər C.Cabbarlının əsərlərindən ibarət olan qısa xatırlamaları ilə maraqlı çıxışlar etdilər.C.Cabbarlının həyat və yaradıcılığını əks etdirən video-xronika,"Aydın" və "Sevil" tamaşalarından fraqmentlər etdirildi.Ədibin vətənpərvərlik mövzusunda yazdığı şeirlər və mahnılar səsləndirildi.C.Cabbarlının nəvəsi Qəmər Sefəddinqızı tədbirin təşkilatçılarına və  qonaqlara öz təşəkkürünü bildirdi.
Tədbir akt zalında və muzey bölməsində xatirə şəkillər çəkdirilərək başa çatdı.
"Bahar oğlu"-Cəfər Cabbarlı-123-FOTORƏSMİYYƏ HEYBƏTAĞAQIZI

"Bahar oğlu"-Cəfər Cabbarlı-123-FOTO

 

"Bahar oğlu"-Cəfər Cabbarlı-123-FOTO

 

"Bahar oğlu"-Cəfər Cabbarlı-123-FOTO

 

"Bahar oğlu"-Cəfər Cabbarlı-123-FOTO

 


скачать dle 12.1

Şərhlər