SON DƏQİQƏ
» » "Louis Vuitton" Çinin dövlət qurumunu məhkəməyə verib

"Louis Vuitton" Çinin dövlət qurumunu məhkəməyə verib

Tarix:

Bu gün, 08:45

/ 2 641 dəfə oxundu.
"Louis Vuitton" Çinin dövlət qurumunu məhkəməyə verib

Fransanın "Louis Vuitton Malletier" brendi ticarət nişanı ilə bağlı məsələ ilə əlaqədar Çinin Dövlət Əqli Mülkiyyət İdarəsinə qarşı iddia qaldırıb.
GunAz.az xəbər verir ki, məsələ ilə bağlı açıq məhkəmə iclasının iyulun 16-da keçirilməsi planlaşdırılır. Bu barədə məlumat Çin Xalq Məhkəməsinin rəsmi internet səhifəsində dərc olunub.
Məhkəmə prosesində "Louis Vuitton Malletier" iddiaçı, Çinin Dövlət Əqli Mülkiyyət İdarəsi isə cavabdeh tərəf kimi çıxış edir. İş adamı Xuan Minyao isə üçüncü maraqlı şəxs qismində prosesə cəlb olunub. Açıq məlumat bazalarına görə, Xuan Minyao Quandun əyalətində fəaliyyət göstərən geyim fabrikinin rəhbəridir. İddia tələblərinin detalları hələlik ictimaiyyətə açıqlanmayıb. Məhkəmə prosesi Pekin Əqli Mülkiyyət Məhkəməsində baş tutacaq.
Qeyd edək ki, bu, brendin Çində apardığı ilk məhkəmə mübarizəsi deyil. Daha əvvəl Çin məhkəməsi "Molly Tea" şirkətini əmtəə nişanından qeyri-qanuni istifadə səbəbindən "Louis Vuitton Malletier"ə 10,3 milyon yuan ( təxminən 1.5 milyon dollar) təzminat ödəməyə məcbur etmişdi. Fransa şirkəti "Molly Tea"yə qarşı 2025-ci ilin mayında iddia qaldırmışdı. Buna səbəb kimi, Çin brendinin dördləçəkli gül formasındakı loqosunun "Louis Vuitton"un məşhur naxışına bənzəməsi göstərilmişdi.
скачать dle 12.1

Şərhlər