
May ayının 10-da Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və Qaradağ Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Qaradağ gəncləri arasında futbol yarışı başa çatdı.
Turnirin final görüşündə Qaradağ Gənclər Evinin və Peşə Liseyinin komandaları üz-üzə gəldilər. Gərgin idman mübarizəsində keçən görüşün əsas və əlavə vaxtlarında qalibi müəyyən etmək mümkün olmadı. Oyundan sonrakı penalti seriyalarında daha uğurlu çıxış edən Gənclər Evinin komandası baş mükafata sahib çıxdı.
Qaliblərin mükafatlandırma mərasimində çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu Öndərin xatirəsinə həsr olunmuş yarışın qaliblərini təbrik elədi və onlara gələcək işlərində müvəffəqiyyətlər arzuladı.
Rəsmiyyə HEYBƏTAĞAQIZI