SON DƏQİQƏ

Qaradağda Ulu öndər ANILDI

Tarix:

6-05-2022, 18:38

/ 1 932 dəfə oxundu.
Qaradağda Ulu öndər ANILDI

 Qaradağ rayon Lökbatan qəsəbəsində Ə.Əmirov adına Mədəniyyət Sarayı, YAP Qaradağ rayon təşkilatı və Qaradağ rayon Gənclər və İdman İdarəsi ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə geniş tədbir keçirilib.

Azərbaycanın dövlət himni oxunduqdan sonra  tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin müdiri Elçin Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya,Etnoqrafiya və Antropologiya İnstitutunun baş elmi işçisi,tarix elmləri doktoru Vəfa Mahmudova ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti haqqında çıxış etmişlər. Daha sonra tədbirin bəddi  hissəsində Əli Əmirov adına Mədəniyyət Evinin salisti Tural Mehri, sarayın milli geyimdə oğlan və qızlardan ibarət rəqs kollektivi,Qaradağ rayon Lökbatan qəsəbəsi 9 saylı Uşaq musiqi məktəbinin nağaraçılar qrupu,Vətən Müharibəsi qazisi Məbud Əhmədov və başqalarının ifasında Qarabağa, Azərbaycana və ulu öndərə həsr olunmuş mahnılar oxunmuş və musiqilər səsləndirilmişdir.

Fəridə QAFARQIZI

Qaradağda Ulu öndər ANILDI

 

Qaradağda Ulu öndər ANILDI

 

Qaradağda Ulu öndər ANILDI

 


скачать dle 12.1

Şərhlər