Hacıqabulda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
GunAz.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Talış-Meyniman kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, “Jiquli” markalı avtomobil iki nəfər piyadanı vurub.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.