SON DƏQİQƏ

Hacıqabulda yol qəzası: 1 ölü, 1 yaralı

Tarix:

21-08-2019, 09:34

/ 1 931 dəfə oxundu.
Hacıqabulda yol qəzası: 1 ölü, 1 yaralı

Hacıqabulda 1 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Report xəbər verir ki, hadisə səhər saatlarında rayonun Nəvahi kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mersedes” markalı avtomobil qarşıda gedən “KaMAZ” markalı avtomobilin arxa hissəsinə çırpılıb. Hadisə zamanı “Mersedes”də olan sərnişinlərdən 1-i ölüb, daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Hacıqabul rayonunun Nəvahi kəndində baş verən yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.

Hərəkətdə olan “Mersedes” markalı avtomobilin qarşıda gedən “KaMAZ” markalı avtomobilin arxa hissəsinə çırpılmas nəticəsində Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü İsmayılov Vüsal Raqif oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ