SON DƏQİQƏ

Hacıqabulda iki yük avtomobili toqquşub

Tarix:

14-10-2018, 08:36

/ 10 305 dəfə oxundu.
Hacıqabulda iki yük avtomobili toqquşub

Hacıqabul rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

GunAz.az “Report”-a istinadən məlumat verir ki, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 110-cu km-də, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Yolun kənarında dayanan mişar daşı ilə yüklənmiş “KamAZ” markalı avtomobilə hərəkətdə olan “Shacman” markalı avtomobil çırpılıb. Nəticədə “Shacman”da sıxılıb qalmış sürücü - 1984-cü il təvəllüdlü Qobustan sakini Güləliyev Uluxan Vəzir oğlu FHN-in Hacıqabul Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xüsusi avadanlığın köməkliyi ilə çıxarılıb. Yaralı sürcü Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oktyabrın 13-də Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ