SON DƏQİQƏ

Saatlıda qəza - Ölən və yaralananlar var

Tarix:

26-09-2018, 10:56

/ 10 304 dəfə oxundu.
Saatlıda qəza - Ölən və yaralananlar var

Saatlı rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

GunAz.az-ın Report-a istinadən verdiyi xəbərə görə,  hadisə rayonun Sarıcalar yolu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Jeep” markalı avtomobil qarşıdan gedən “Qazel” markalı avtomobilə çırpılıb. Nəticədə rayonun Çolpı kənd sakini, 1986-cı il təvəllüdlü Bayramov Təbriz Əlzakir oğlu hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alıb. Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ