SON DƏQİQƏ
» » Ölkədə bu marşrut üzrə əlavə qatar reyslərinin sayı artırılır

Ölkədə bu marşrut üzrə əlavə qatar reyslərinin sayı artırılır

Tarix:

30-12-2024, 19:06

/ 3 453 dəfə oxundu.
Ölkədə bu marşrut üzrə əlavə qatar reyslərinin sayı artırılır

Azərbaycan Dəmir Yolları QSC (ADY) bayram günlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayını artırır.
GunAz.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.
Belə ki, 31 dekabrda Qəbələdən Bakıya, 2 yanvarda isə Bakıdan Qəbələyə səfər etmək mümkün olacaq.
"30 dekabr-5 yanvar bayram günlərində Bakı-Qəbələ-Bakı qatarları hər gün (1 yanvar istisna olmaqla) hərəkətdə olacaq", - deyə məlumatda qeyd edilib.
скачать dle 12.1

Şərhlər