SON DƏQİQƏ
» » Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi

Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi

Tarix:

30-08-2023, 14:49

/ 1 583 dəfə oxundu.
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi

Azərbaycan Dəmir Yolları QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 2-3 sentyabr tarixlərinə əlavə qatar reysləri təyin edib.


ADY-dən verilən məlumata görə, əlavə təyin edilən qatarlar hər şənbə, bazar günləri saat 08:25-də qatar Bakı Dəmiryol Vağzalından Ağstafaya çıxacaq, 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşəcək.


Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ