SON DƏQİQƏ
» » Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin vaxtı bəlli oldu.

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin vaxtı bəlli oldu.

Tarix:

24-09-2024, 13:38

/ 2 606 dəfə oxundu.
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin vaxtı bəlli oldu.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Gunaz.az bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, əlavə təyin edilən qatarlar sentyabrın 28-də saat 09:15-də Bakıdan Ağstafaya, sentyabrın 29-da saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Sərnişinlər biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə əldə edə bilərlər.

Türkanə Mübariz
İctimai fəal
скачать dle 12.1

Şərhlər