Redaksiyaya MƏKTUB
Respublika Müharibə Veteranları Xəstəxanasının diqqətə layiq xidmətlərindən yazmamaq günah olardı, çünki əvvəllər bu xəstəxanada çatışmayan çox şey olsa da, xəstəxananın Baş həkimi Nicat Cəlilov Baş həkim təyin olunduqdan sonra çox dəyişikliklər olub. Vaxtlı-vaxtında müalicənin təyinatı, dövlət hesabına dərmanların verilməsi, yeməkxanada yeməklərin keyfiyyətinin yaxşılaşması və bir çox işlərdə yeniliyin olması diqqət çəkəndir.
Düzdür müəyyən qlobal problemlər var ki, bu da xəstəxananın hüdudlarından kənardır.
Müalicə üzrə Baş həkimin müavini Gülşən Əliyevanın Veteranlara bir ana kimi yanaşması xəstələrin müalicəsində böyük rol oynayır.
Mənim həkimlərim Zaira və Tahirə xanım, şöbənin tibb bacıları Sürəyya, Məlahət, Səidə, həmçinin tibb təsərrüfat bacısı Raziyyə xanım, təmizlik işlərinə baxan Nəzakət, Yaqut xanımlar,Yüməkxanada Veteranlara xidmət göstərən Aygün, Məlahət, Afət, Təhminə, Yeganə, Sevinc xanımlar öz mehriban yanaşmaları, şirin dilləri, nəzakətlə yanaşmaları sayəsində həm müalicə edir, həm də həyatda sağlam yaşamağa yönəldirlər.
Bu insanların, ümumiyyətlə xəstəxananın Baş həkimi Nicat Cəlilov başda olmaqla bütün personalların sayəsində Vətən yolunda öz sağlamlıqlarından keçən veteranlar bu xəstəxanada həm dincəlir, həm də gözəl müalicə alırlar.

Hörmətli Redaksiya əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm-
Zərqələm İBADOVA
Zərqələm İBADOVA