SON DƏQİQƏ
» » "Respublika Müharibə Veteranları Xəstəxanası"nın CAZİBƏSİ

"Respublika Müharibə Veteranları Xəstəxanası"nın CAZİBƏSİ

Tarix:

24-04-2024, 12:50

/ 3 858 dəfə oxundu.
"Respublika Müharibə Veteranları Xəstəxanası"nın CAZİBƏSİ

II-Cİ YAZI
Respublika Müharibə Veteranları xəstəxanası-bu xəstəxanaya gələn müharibə veteranları yemək, dərman, fizioterapiyalarla təmin olunur və bunun bəhrəsini də görürlər.
Dövlətimizin müharibə veteranlarının ildə bir dəfə müalicəsi üçün belə bir şəraitin yaratması təqdirə layiqdir. Çünki bura gələnlər müharibədə daxili zərbələr alanlardır, onların xəstəliyi illər keçdikcə üzə çıxdığından bu müalicələr onlar üçün mütləqdir.
Müharibə Veteranlarının Respublika Xəstəxanası hər il iki mindən çox veterana xidmət edir, hazırda 100 nəfərdən çox veteranın müalicə aldığı diqqətimizdən yayınmadı. Müəyyən yenidənqurma işləri aparılarsa, o zaman xəstəxananın daha çox veterana xidmət göstərməsi mümkündür.
Əvvəllər bu xəstəxanada dərman çatışmazlığı və yaxud yemək çatışmazlığı olurdusa hal hazırda xəstəxanaya gənc, səriştəli direktor Nicat Cəlilov təyin olunandan sonra bu problemlər aradan qalxıb. Düzdür çatışmayanlar var, amma bu qlobal problem olduğundan (təmir) buna TƏBİB, hətta dövlət səviyyəsində baxılmalıdır. Əsas odur yaşlı-cavan nəsil gəlib burda düzgün müalicələrini alır, söhbətlər edir, istirahətlərini stolüstü oyunlarla xoş keçirirlər.
 Direktorun müalicə üzrə müavini Gülşən Əliyeva uzun illərdir bu xəstəxanada həkim, şöbə müdiri Direktor işləyib və müalicə üsulunu düzgün seçdiyi üçün müalicələr həmişə düzgün aparılır.
Xəstələrə xidmət edən həkimlər, tibb bacılarından, fizioterapiyada xidmət edən tibb bacılarından yazmasam düzgün olmaz.
Şöbə müdiri Gülnarə Mahmudova, Qastroenteroloqlar Atakişiyeva Təranə, Mamedova Aysel, Məhərrəmova Firəngiz, EKQ-nin tibb bacısı Afət Lətifova, Kompyuter üzrə operator Babayeva Nuranə, tibb bacıları Rəna Əliyeva, Sadəgül Atakişiyeva, Gülnar xanım, böyük tibb bacısı Nəbiyeva Təhminə, təsərrüfat bacısı Gülgəz xanım, fizioterapiyada Turanə Seyidova, Sara Həsənova, Aytəkin Mehdiyeva, Mətanət Əliyeva, Şəlalə Babaşova, Şəlalə İmanova, Lalə Zeynalova, Tovuz Əliyeva, xadimələr İdamə Qasımova, Fərqanə xanım, Elnarə xanımAidə Mustafayeva xanımlar öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir və həqiqi mənada xəstələrin sevimlisinə çeviriliblər. Ümumiyyətlə xəstəxanada veteranlara xidmət çox yaxşıdır
 Şöbə müdiri və müalicə həkimi Gülnarə Mahmudova haqqında ayrıca söhbət açmaq istərdim ona görə ki, xəstələri müalicə edərək onlarla o qədər xoş rəftar bəslyir ki, bu xoş rəftar xəstənin birinci müalicəsidir. Bu səbəbdən bütün xəstələr onun müalicəsini almağa can atır, əlbətdə ki, belə bir müəssisədə müalicə almaq həm də ruha qida kimi qəbul olunmalıdır və xidmətçilər də buna can atırlar.  
Bilman İSAQ


скачать dle 12.1

Şərhlər