SON DƏQİQƏ
» » "Respublika Müharibə Veteranları Xəstəxanası"nın CAZİBƏSİ

"Respublika Müharibə Veteranları Xəstəxanası"nın CAZİBƏSİ

Tarix:

4-10-2023, 12:39

/ 6 178 dəfə oxundu.
"Respublika Müharibə Veteranları Xəstəxanası"nın CAZİBƏSİ

Respublika Müharibə Veteranları xəstəxanası- bu xəstəxanaya gələn müharibə veteranları yemək, dərman, fizioterapiyalarla təmin olunur və bunun bəhrəsini də görürlər.
Dövlətimizin müharibə veteranlarının ildə bir dəfə müalicəsi üçün belə bir şəraitin yaratması təqdirə layiqdir. Çünki bura gələnlər müharibədə daxili zərbələr alanlardır, onların xəstəliyi illər keçdikcə üzə çıxdığından bu müalicələr onlar üçün mütləqdir.
Əvvəllər bu xəstəxanada dərman çatışmazlığı və yaxud yemək çatışmazlığı olurdusa hal hazırda xəstəxanaya gənc, səriştəli direktor təyin olunandan sonra bu problemlər aradan qalxıb. Düzdür çatışmayanlar var, amma bu qlobal problem olduğundan (təmir) buna TƏBİB, hətta dövlət səviyyəsində baxılmalıdır. Əsas odur yaşlı-cavan nəsil gəlib burda düzgün müalicələrini alır, söhbətlər edir, istirahətlərini stolüstü oyunlarla xoş keçirirlər.
Xəstələrə xidmət edən həkimlər, tibb bacılarından, fizioterapiyada xidmət edən tibb bacılarından yazmasam düzgün olmaz.
Müalicə həkimi Gülnarə Mahmudova, Diaqnostika şöbəsinin müdiri İntizar Məmmədova, tibb bacıları Rəna Əliyeva, Sadəgül Atakişiyeva, Gülnar xanım, böyük tibb bacısı Nəbiyeva Təhminə, təsərrüfat bacısı Gülgəz xanım, fizioterapiyada Sara Həsənova, Zəhra Aslanova, Aytəkin Mehdiyeva, Mətanət Əliyeva, Şəlalə Babaşova, Şəlalə İmanova, Lalə Zeynalova, Tovuz Əliyeva, xadimələr İdamə və Aidə xanımlar öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir və həqiqi mənada xəstələrin sevimlisinə çeviriliblər.
Ümumiyyətlə xəstəxanada veteranlara xidmət çox yaxşıdır
 Fizioterapiyada Türanə Seyidova xəstələri müalicə edərək onlarla o qədər xoş rəftar bəslyir ki, bütün xəstələr onun müalicəsini almağa can atır, əlbətdə ki, belə bir müəssisədə müalicə almaq həm də ruha qida kimi qəbul olunmalıdır və xidmətçilər də buna can atırlar. 
 Son anda məlimat aldım ki, bu gün xəstəxananın direktoru Nicat Cəlilovun doğum günüdür. Nicat həkimə bu böyük xidmətində can sağlığı uğurlar arzulayıram. 
 Bilman İSAQ
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ