SON DƏQİQƏ
» » Hər birimizin fəxr və qürur məkanı olan Şuşa şəhəri

Hər birimizin fəxr və qürur məkanı olan Şuşa şəhəri

Tarix:

8-10-2021, 17:04

/ 1 535 dəfə oxundu.
Hər birimizin fəxr və qürur məkanı olan Şuşa şəhəri

Zəfər yolu və onun ətrafında, eləcə də Şuşada aparılan təmir-bərpa işlərinin sürəti, həcmi valehedicidir.

 

Oktyabr ayının 7-də Prezident Administrasiyasının "Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiya sədirlərinin, tanınmış politoloq və siyasi şərhçilərin Şuşa şəhərinə səyahəti təşkil edilmişdir.Öncə hər birimizin fəxr və qürur məkanı olan Şuşa şəhərinə belə bir səyahətin təşkil edildiyinə görə Ədalət müəllimə və şöbənin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.

Səyahət zamanı bizlər Şuşa qalasını, Cıdır düzünü. M.P.Vaqifin bərpa edilmiş türbəsini, təmir edilmiş Yuxarı Gövhərağa məscidini, Xan qızı Natəvanın erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmış evini, Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Bülbülün ev-muzeyini, eləcə də, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalandığı tarixi ərazini ziyarət etmişik.

Səfər prosesində həm Şuşaya gedən Zəfər yolu və onun ətrafında, həm də Şuşada aparılan təmir-bərpa işləri ilə də tanış olmuşuq.Qısa müddət ərzində həyata keçirilən təmir-bərpa işlərinin sürəti, həcmi valehedicidir. Gördüklərimiz bir daha sübüt edir ki, işğal dövründə erməni vandalları tərəfindən yerlə yeksan edilmiş ərazilərimizin, o cümlədən Şuşa şəhərinin, bərpası çox qısa müddətdə həyata keçiriləcək və köçkün vətəndaşlarımız öz dogma yurdlarına qayıdacaqlar.

Cıdır düzünə səyahətimiz zamanı əsgər və zabitlərimizin sərt, sıldırım qayalardan Şuşaya daxil olduqları yerlərə baxdıq. Belə çətin relyefdə onların göstərikləri qəhrəmanlıq, şücayət həm heyrətamiz, həm də qüruqvericidir! Bununla onlar, xalqımızın igid evladlarının vətənpərvərliyini, qələbə ruhunu, vətənin azadlığı uğrunda canından belə keçməyə hər zaman, hər yerdə hazır olduquqlarını bütün dünyaya, ilk növbədə, aldıqları ağır məğlubiyyətdən nəticə çıxarmayan, revanşizm hissi ilə alışıb-yanan erməni qaniçənlərinə bir daha nümayiş etdirdilər!

Amma, təəsüf ki, biz hələlik vətənimizin bütün ərazisində süverenliyimizi de fakto tam bərpa edə bilməmişik. Bunun müəyyən zamana ehtiyacı var, inşAllah bu zaman uzun sürməyəcək! Süverenliyimiz qısa müddətdə, de fakto tam bərpasına nail olmaq üçün bir sıra amillərlə yanaşı, son illər əldə edilmiş milli birliyi, onun tərkib hissəsi olan və milli, dövlət maraqlarında yekdil mövqedən çıxış etməyə imkan yaradan iqtidar-müxalifər birliyini, qoruyub saxlamaq, möhkəmləndirmək lazımdır.

Teyyub Qənioğlu

Azərbaycan Təkamül Partiyasının sədri

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ