SON DƏQİQƏ
» » İran XİN rəhbərinin Azərbaycana qarşı MÖVQEYİ DƏYİŞDİ

İran XİN rəhbərinin Azərbaycana qarşı MÖVQEYİ DƏYİŞDİ

Tarix:

7-10-2021, 08:00

/ 3 837 dəfə oxundu.
İran XİN rəhbərinin Azərbaycana qarşı MÖVQEYİ DƏYİŞDİ

Bakı və İrəvanı mehriban qonşuluq jesti çərçivəsində ziyarət edə bilərəm.

GunAz.az xəbər verir ki, bu sözləri İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian Rossiya-24 kanalına müsahibəsində deyib.

O bildirib ki, qonşularla əlaqələrin inkişaf etdirilməsi İranın yeni hökumətinin başlıca prioritetlərindən biridir.

"Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və biz onlardan biri ilə digərinə qarşı ola bilmərik. Bizim xarici siyasətimiz balanslaşdırılmışdır. İki gün əvvəl erməni həmkarım Tehrana gəldi. Yaxşı olardı ki, azərbaycanlı həmkarım da İranı ziyarət edərdi”, - o bildirib.

O, fürsət edən kimi Bakı və İrəvanı ziyarət edəcəyini vurğulayıb.

Qeyd edək ki, Moskvaya səfər edənə qədər Abdullahianın Bakıya qarşı ağır ittihamlar səsləndirməsi, Lavrovla görüşdən sonra isə bu cür açıqlaması diqqət çəkib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ