SON DƏQİQƏ
» » Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşdü

Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşdü

Tarix:

11-11-2024, 16:57

/ 2 387 dəfə oxundu.
Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşdü

Baş nazir Əli Əsədov noyabrın 11-də Anqolanın vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb.
GunAz.az xəbər verir ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un əhəmiyyəti vurğulanıb.
Azərbaycanın Afrika dövlətləri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına önəm verdiyi bildirilib.
Görüşdə Azərbaycan-Anqola ikitərəfli əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
скачать dle 12.1

Şərhlər