SON DƏQİQƏ

Rusiya XİN rəsmi İrəvandan izahat gözləyir

Tarix:

18-04-2024, 15:49

/ 3 769 dəfə oxundu.
Rusiya XİN rəsmi İrəvandan izahat gözləyir

Rusiya Brüssel danışıqları barədə mətbuata sızan məlumatlarla bağlı Ermənistandan dəqiq reaksiya gözləyir.
GunAz.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli danışıqlarda Ermənistandakı Rusiya hərbi bazası və sərhədçilərinin ABŞ-Aİ-NATO mütəxəssisləri ilə əvəz edilməsi planının razılaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Zaxarova qeyd edib ki, İrəvan daha əvvəl Qərb ölkələri ilə əməkdaşlığın üçüncü ölkələrə qarşı istiqamətlənmədiyini əmin edib:
“Bu faktorları nəzərə alaraq, Ermənistan hakimiyyətindən yayılan məlumatlara aydın reaksiya, idealda isə bunun inkar edilməsini gözləyirik. Bütün hallarda söz rəsmi İrəvanındır”.
XİN sözçüsü qeyd edib ki, “qərblilər Cənubi Qafqazdakı qonşuları arasında çəkişmələr yaratmağa çalışırlar və Ermənistana yalnız yeni böyük yanğını alovlandırmaq istədikləri alət rolu verilir”.
“Brüsseldəki görüş zamanı həqiqətən də İrəvana Rusiya bazasının və sərhədçilərinin Qərb mütəxəssisləri ilə dəyişdirilməsi, eləcə də Ermənistan Respublikasında kritik infrastrukturun istiqamətinin dəyişdirilməsi ilə bağlı planların qoyulduğu ortaya çıxsa, Moskva təəccüblənməyəcək”, – XİN sözçüsü vurğulayıb. (Yeni Sabah)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ