SON DƏQİQƏ
» » Rusiya yenə hədələdi: Bədəli İrəvan üçün ağır olacaq

Rusiya yenə hədələdi: Bədəli İrəvan üçün ağır olacaq

Tarix:

4-04-2024, 08:00

/ 1 529 dəfə oxundu.
Rusiya yenə hədələdi: Bədəli İrəvan üçün ağır olacaq

Avropa Birliyinin (AB) Ermənistandakı missiyası NATO missiyasına çevrilir.

GunAz.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, NATO ölkələri öz tələbatlarını nümayiş etdirmək üçün antirusiya əhval-ruhiyyəsini qızışdırırlar, Rusiya ilə hərbi münaqişəyə hazırlaşmağa çağırırlar, aşkar iqtisadi problemlər fonunda hərbi-sənaye kompleksinə (HSK) böyük vəsait yatırırlar.

“Lakin onlar özləri vəsait ayırmırlar, Ermənistanı hərbi-sənaye kompleksinə vəsait yatırmağa çağırırlar”, - diplomat bildirib.

M.Zaxarova Ermənistanda “Mir” kartlarının işinin dayandırılması ilə bağlı suala cavabında bildirib ki, bunun bədəli İrəvan üçün mümkün Qərb məhdudiyyətlərindən daha artıq olacaq.

Rusiya XİN rəsmisinin sözlərinə görə, “Mir” kartlarının istifadəsinə qoyulan qadağa Ermənistan iqtisadiyyatına ciddi zərbə vuracaq.
скачать dle 12.1

Şərhlər