SON DƏQİQƏ
» » XİN başçılarının üçtərəfli görüşünün tarixi... - Zaxarova

XİN başçılarının üçtərəfli görüşünün tarixi... - Zaxarova

Tarix:

17-05-2023, 17:13

/ 1 606 dəfə oxundu.
XİN başçılarının üçtərəfli görüşünün tarixi... - Zaxarova

Mayın 19-da Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüşü olacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mayın 17-də keçirdiyi brifinqdə bildirib.

Görüşdə Bakı və İrəvan arasında normallaşma prosesi ilə bağlı məsələlər müzakirə olunacaq.

Onun sözlərinə görə, Moskva müzakirələrin Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsinə və mübahisəli məsələlərin həllinə töhfə verəcəyinə ümid edir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ