SON DƏQİQƏ
» » Bayramov Cammu və Kəşmir üzrə nazirlərin görüşündə

Bayramov Cammu və Kəşmir üzrə nazirlərin görüşündə

Tarix:

21-09-2022, 21:11

/ 1 294 dəfə oxundu.
Bayramov Cammu və Kəşmir üzrə nazirlərin görüşündə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Təmas Qrupunun nazirlər görüşündə iştirak edib.

GunAz.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, C. Bayramov tədbirdə çıxış edərək Azərbaycanın Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini dəstəklədiyini bildirib. Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun İƏT üzvü olan dövlətlərin müvafiq İƏT qərarlarından irəli gələn öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini nəzərdən keçirmək üçün faydalı bir mexanizm olduğu diqqətə çatdırılıb. Cammu və Kəşmir ilə əlaqəli bütün məsələlərin sülh yolu ilə həllinin Cənubi Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün vacib olduğu çıxış zamanı vurğulanıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ