SON DƏQİQƏ

Məmmədyarovdan Kəşmir böhranına - Reaksiya

Tarix:

25-09-2019, 21:04

/ 1 876 dəfə oxundu.
Məmmədyarovdan Kəşmir böhranına - Reaksiya

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib.

XİN-dən GunAz.az-a verilən məlumata görə, toplantı sentyabrın 25-də BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub.

Nazir iclasda çıxış edərək Azərbaycanın beynəlxalq birliyin məsul üzvü qismində, Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmət etməklə sülh yolu ilə həllinin dəstəklədiyini ifadə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ