SON DƏQİQƏ
» » Məmmədyarov Nyu Yorkda daha 3 həmkarı ilə görüşdü

Məmmədyarov Nyu Yorkda daha 3 həmkarı ilə görüşdü

Tarix:

29-09-2018, 10:17

/ 10 317 dəfə oxundu.
Məmmədyarov Nyu Yorkda daha 3 həmkarı ilə görüşdü

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salemsay Kommasith, Nepalın xarici işlər naziri Pradep Kumar Qiavali və Şri-Lankanın Xarici İşlər naziri Tilak Marapana ilə ikitərəfli görüşlər keçirib.

XİN-dən GunAz.az-a verilən məlumata görə, görüş sentyabrın 28-də ABŞ-ın Nyu York şəhərində keçirilən BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

Görüşlər zamanı nazirlər siyasi əlaqələrinin cari vəziyyətini yüksək qiymətləndiriblər və təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu bildiriblər. Həmçinin tərəflər qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin münasibətlərin inkişafı baxımdan əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri və ikitərəfli gündəliklərdə duran bəzi məsələlər müzakirə olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ