SON DƏQİQƏ
» » Elmar Məmmədyarov Toqonun xarici işlər nazirini qəbul edib

Elmar Məmmədyarov Toqonun xarici işlər nazirini qəbul edib

Tarix:

5-04-2018, 18:55

/ 10 381 dəfə oxundu.
Elmar Məmmədyarov Toqonun xarici işlər nazirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Toqonun xarici işlər naziri Robert Dusseyi qəbul edib.

Nazirlikdən Gunaz.az-a verilən məlumata gör, ölkəmizdə olmasından məmnunluğunu bildirən toqolu nazir Qoşulmama Hərəkatının Bakı nazirlər iclasının yüksək səviyyədə təşkilini xüsusilə qeyd edib.

Nazirlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Bu xüsusda, Azərbaycan və Toqo arasında iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsi yolları müzakirə olunub. Nazirlər biznes forumlarının keçirilməsinin ticarət dövriyyəsinin artmasına töhfə verəcəyinə əminliklərini ifafə ediblər.

Nazir Elmar Məmmədyarov Azərbaycanın QH ölkələri üçün xüsusi təhsil təqaüdü ayırdığını qeyd edərək Toqanun da bundan faydalana biləcəyini xüsusilə qeyd edib. Nazir Elmar Məmmədyarov ölkəmizin Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etdiyi barədə məlumat verib.

Görüşdə Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığı məsələləri də nəzərdən keçirilib.

Görüş zamanı habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ